Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Bakıda keçiriləcək XXIII Dünya Tibbi Hüquq Konqresinə hazırlıq işləri davam edir
18.04.2017 10:12
  • A-
  • A
  • A+

Bakıda keçiriləcək XXIII Dünya Tibbi Hüquq Konqresinə hazırlıq işləri davam edir

10-13 iyul 2017-ci il tarixlərində Bakıda keçiriləcək Dünya Tibbi Hüquq Assosiasiyasının (DTHA) XXIII Dünya Tibbi Hüquq Konqresinə hazırlıq məqsədi ilə AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Yerli Elmi Komitənin növbəti iclası keçirilib.

İclasda DTHA-nın sədr müavini, konqresin proqram rəhbəri, professor Vüqar Məmmədov bu il DTHA-nın yaradılmasının 50 ilinin tamam olduğunu bildirib, cari ilin iyul ayında baş tutacaq tədbir barədə məlumat verib. Qeyd edib ki, Qızıl yubiley konqresinin Bakıda keçirililməsi böyük tarixi əhəmiyyət daşıyır. Postsovet məkanında ilk dəfə Azərbaycanın belə bir tədbirə ev sahibliyi edəcəyini deyən alim konqresin əsas mövzularının tibbi hüquq, bioetika və multikulturalizm olduğunu söyləyib.

Qeyd edək ki, dünyanın 100-dən çox ölkəsinin üzv olduğu DTHA 1967-ci ildə hüquq, məhkəmə təbabəti, bioetika sahələrində ixtisaslaşan bir qrup nüfuzlu alim və mütəxəssislər tərəfindən Belçikada yaradılıb. Təşkilatın yaradılmasında məqsəd tibbi hüquqla bağlı mədəniyyətlərarası problemləri aşkar etmək və multikultural dialoq əsasında öyrənməkdir.

Bu il Bakıda keçiriləcək konqres çərçivəsində Fəxri, Beynəlxalq və Yerli Elmi Komitələri yaradılıb. Həmçinin konqresin materiallarının “Medicine and Law” adlı nüfuzlu beynəlxalq elmi jurnalda dərc olunması nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: