Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.04.2017 16:12
  • A-
  • A
  • A+

AMEA Gənc Alim və Mütəxəssislərinin IV Futbol Çempionatının qrup oyunlarına start verilib

AMEA Gənc Alim və Mütəxəssislərinin IV Futbol Çempionatının qrup oyunlarına start verilib

Bu gün AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının dəstəyilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan Gənc Alim və Mütəxəssislərin IV Futbol Çempionatına start verilib.

Akademiya Şəhərciyində yerləşən stadionda baş tutan açılış mərasimində şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov ənənəvi bu idman yarışında iştirak edən komandaların üzvlərini təbrik edib, atıq dördüncü ildir keçirilən çempionatın əhəmiyyətindən və Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından söz açıb. Çempionatın ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmasının təsadüfi olmadığını söyləyən sədr ulu öndərin hakimiyyəti dövründə Azərbaycanın bütün sahələrində, o cümlədən idmanda qazanılan nailiyyətlərdən bəhs edib. F.Salmanov müxtəlif beynəlxalq tədbirlərə və mötəbər idman yarışlarına ev sahibliyi edən Azərbaycanın gələn ay daha bir möhtəbər idman yarışı – “İslam Həmrəyliyi Oyunları”na yüksək səviyyədə hazırlaşdığını xüsusi qeyd edib.

Sədr AFFA-nın peşəkar hakimləri tərəfindən idarə olunan açılış oyununda 16 komandanın iştirak etdiyini bildirib.

Daha sonra AMEA İşlər İdarəsinin müdir müavini Sərdar Əliyev, Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyev və Akademiya Şəhərciyinin direktoru Bayram Babayev çıxış edərək komandalara uğurlar arzulayıblar.

Açılışdan sonra AMEA-nın elmi-tədqiqat müəssisələrinin komandaları qrup oyunlarında mübarizəyə qoşulublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: