Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

AMEA Hüseyn Cavidin Ev Muzeyi ilə tanışlıq əcnəbi gənclərdə xoş təəssürat yaradıb
18.04.2017 16:51
  • A-
  • A
  • A+

AMEA Hüseyn Cavidin Ev Muzeyi ilə tanışlıq əcnəbi gənclərdə xoş təəssürat yaradıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elmi-təcrübi dərslər keçən Qazaxıstan Milli İncəsənət Akademiyasının I kurs magistr tələbələri AMEA Hüseyn Cavidin Ev Muzeyini ziyarət ediblər.

Qazaxıstanlı magistrantlara Azərbaycan ədəbiyyatı tarixində mühüm yer tutan böyük dramaturq, romantik şair Hüseyn Cavidin həyat və yaradıcılığı, o cümlədən Cavidlər ailəsinə aid dəyərli eksponatlar barədə məlumat verilib. Ümumtürk ədəbiyyatında fəlsəfi lirikanın və mənzum dramanın təkrarsız nümunələrini yaradan H.Cavidin türkçülük, turançılıq ideologiyasını humanizm mövqeyindən işıqlandıran mənzum faciələri və tarixi dramlarından bəhs edilib.

Sonda qazaxıstanlı magistrantlar muzeyin ekspozisiyası ilə tanış olublar. Onlar muzeyin rəy kitabında maraq doğuran təəssüratlarını bölüşüb, xatirə şəkilləri çəkdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: