www.science.az
20.04.2017 16:04

“1920-50-ci illərdə repressiyalar” mövzusunda tədbir keçiriləcək

18 may 2017-ci il tarixində saat 11:00-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində bu qurumun və Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə “1920-50-ci illərdə repressiyalar” mövzusuna həsr olunmuş “Sonuncu ünvan” adlı tədbir keçiriləcək.

Tədbirdə Hüseyn Cavidin Ev Muzeyinin hazırladığı qısametrajlı film, o cümlədən Milli Azərbaycan Tarixi Muzeyinin zəngin fondlarında mühafizə olunan materiallar əsasında foto-slayd göstəriləcək, həmçinin ədibin oğlu, unudulmaz bəstəkar Ərtoğrol Cavidin musiqiləri səsləndiriləcək.

Tədbirdə AMEA Tarix İnstitutunun Azərbaycanın Sovet dövrü tarixi şöbəsinin aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev “1930-53-cü illərdə repressiyaya məruz qalan elm xadimləri” mövzusunda mühazirə ilə çıxış edəcək.

Ünvan: Hacı Zeynalabdin Tağıyev küç., 4.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.