www.science.az
21.04.2017 09:51

“Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulmuş zərər” kitabı çapdan çıxıb

AMEA Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi Faiq İsmayılovun “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulmuş zərər” kitabı Azərbaycan və ingilis dillərində çapdan çıxıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə çap olunan nəşrdə “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin arxiv materiallarından istifadə olunub. 

Kitabda əsasən münaqişə nəticəsində erməni işğalı altında qalan Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinin ermənilər tərəfindən vandalizmə məruz qalmasının səbəblərinin indiyədək beynəlxalq elmi ictimaiyyətə məlum olmayan tərəfləri araşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.