www.science.az
21.04.2017 09:05

Riyaziyyat və Mexanika İnstitutunda məktəblilər üçün növbəti seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan növbəti elmi-populyar mühazirə keçirilib.

İnstitutun Riyazi fizika tənlikləri şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Əbdürrəhim Quliyevin apardığı mühazirə “Dirixle, yaxud Göyərçin qəfəslər prinsipi” mövzusuna həsr olunub.

Mühazirədə Dirixle, yaxud Göyərçin qəfəslər prinsipi populyar dildə şərh edilib, həmçinin prinsipin ədədlər nəzəriyyəsinin, həndəsənin və kombinatorikanın çeşidli məsələlərinin həllinə tətbiqi göstərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.