Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23 aprel - Dünya Kitab və Müəlliflik Hüququ Günüdür
21.04.2017 15:17
  • A-
  • A
  • A+

23 aprel - Dünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günüdür.

YUNESKO-nun 1996-cı il tarixli qərarı ilə hər il bütün dünyada 23 aprel dünya şöhrətli dramaturqlar Vilyam Şekspir, Migel de Servantes və yazıçı-tarixçi İnka Qarsilaso de la Veqanın şərəfinə Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü kimi qeyd edilir. Hər üç yazıçını onların ölüm günü - 23 aprel 1616-cı il tarixi birləşdirir.

Azərbaycanın müəllif hüquq sisteminin yaradıcısı ümummilli lider Heydər Əliyevdir.

Ölkəmizdə müəllif hüquq sisteminin fəaliyyətini tənzimləyən Müəllif Hüquqları Agentliyi ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1993-cü ildə Azərbaycanın ilk ixtisaslaşmış mərkəzi icra hakimiyyəti orqanı statusunda dövlət orqanı kimi yaradılmışdır. 1996-cı ildə əqli mülkiyyət üzrə ilk müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanun qəbul olunmuş, bununla da ölkəmizin əqli mülkiyyət sistemi beynəlxalq sistemə yol açmışdır.

Sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə müəllif hüquq sistemi dinamik şəkildə inkişaf etmiş, qanunvericilik bazası müasir informasiya-kommunikasiya texnologiyalarının tələbləri səviyyəsində daha da təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Beynəlxalq ekspertlərin rəyinə əsasən, MDB məkanında ən inkişaf etmiş və nümunəvi sistem kimi qəbul edilmişdir.

Ölkə başçısının 2005-ci il 30 avqust tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin yeni Əsasnaməsi təsdiq edilmişdir. 

Hazırda agentlik 70-dək vəzifə və funksiyanı yerinə yetirir, ölkəmizdə əqli mülkiyyət sistemi sahəsinin daha da inkişaf etdirilməsi, kadrların peşəkarlığının artırılması istiqamətində tədbirlər həyata keçirilir. 

Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına bilavasitə müəlliflik hüququ sahəsinə aid səkkiz konkret məsələ daxil edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: