Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvanın türk-islam mədəniyyəti abidələrindən bəhs edən monoqrafiyası işıq üzü görüb
27.04.2017 11:38
  • A-
  • A
  • A+

Naxçıvanın türk-islam mədəniyyəti abidələrindən bəhs edən monoqrafiyası işıq üzü görüb

Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərlinin “Naxçıvanın türk-islam mədəniyyəti abidələri” monoqrafiyası nəşr olunub.

Monoqrafiyada Naxçıvan ərazisində günümüzədək gəlib çatan bir sıra türk-islam mədəniyyət nümunələri, o cümlədən bu abidələri inşa edən bəzi memarlar barədə məlumat verilir.

Yeni nəşrə memarlıq nümunələrinin fotoşəkilləri və onların üzərində qalan kitabələrin qrafik təsvirləri də yer alıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: