Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İlahiyyata dair əlyazmalar kataloqu”nun II cildi çap olunub
28.04.2017 10:30
  • A-
  • A
  • A+

“İlahiyyata dair əlyazmalar kataloqu”nun II cildi çap olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən “İlahiyyata dair əlyazmalar kataloqu”nun II cildi çap olunub.

Kataloqu institutun aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Nailə Süleymanova tərtib edib. Kitabın elmi redaktorları - institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa KərimovƏrəbdilli əlyazmalar şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Kamandar Şəriflidir. Farsdilli əlyazma təsvirlərinin redaktoru Könül Bağırova, ərəbdilli əlyazma təsvirlərinin redaktoru isə Yeganə Rəhnulladır.

Kitaba ərəb, fars və türk dillərində qiraət, təcvid və təfsirə dair əlyazmaların elmi-paleoqrafik təsviri daxil olunub.

Kataloq “Qiraət və təcvidə dair əlyazmaların  təsviri”, “Təfsirə dair ərəbdilli əlyazmaların təsviri”,  “Təfsirə dair  farsdilli əlyazmaların təsviri”, “Təfsirə türkdilli əlyazmaların təsviri”, “Quran elmlərinə dair ərəb, fars və türkdilli əlyazmaların təsviri” , “Təsvir olunmuş əlyazmaların göstəriciləri”, “Qiraət və təcvidə dair  göstəricilər”, “Təfsirə dair ərəbdilli əlyazmaların göstəriciləri”,  “Təfsirə dair farsdilli əlyazmaların göstəriciləri”, “Təfsirə dair türkdilli əlyazmaların göstəriciləri” və s. bölmələrdən ibarətdir.

Qeyd edək ki, bu cilddə indiyədək heç yerdə yayımlanmayan bir çox əsərlər yer alıb. Həmin əsərlər paleoqrafik xüsusiyyətəri, tərtibatı və yazılış tarixinin qədimliyinə görə xüsusi maraq doğurur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: