Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Polimerlər və onların sintezi” kitabı ingilis dilində çapdan çıxıb
01.05.2017 09:08
  • A-
  • A
  • A+

“Polimerlər və onların sintezi” kitabı ingilis dilində çapdan çıxıb

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları - AMEA-nın müxbir üzvü Ziyafəddin Əsədovun, kimya üzrə fəlsəfə doktoru İlhamə Zərbəliyevanın və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru Fariz Əmirovun həmmüəllifliyi ilə “Polimerlər və onların sintezi” dərs vəsaiti “Elm” nəşriyyatının qrifi ilə ingilis dilində çap olunub.

Dərs vəsaiti yüksəkmolekullu birləşmələrin alınması, xassələri və tətbiqi ilə məşğul olan mütəxəssislər, o cümlədən doktorantlar, magistrantlar və universitetlərin kimya, kimya mühəndisliyi fakültələrinin tələbələri üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: