Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Azərbaycan Ədəbiyyatının Şirvan məktəbi. Klassik ədəbi ənənə və müasirlik” mövzusunda I elmi konfrans keçirilib
01.05.2017 09:15
  • A-
  • A
  • A+

“Azərbaycan Ədəbiyyatının Şirvan məktəbi. Klassik ədəbi ənənə və müasirlik” mövzusunda I elmi konfrans keçirilib

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron zalında “Azərbaycan Ədəbiyyatının Şirvan məktəbi. Klassik ədəbi ənənə və müasirlik” mövzusunda klassik Şirvan şairlərinə həsr edilən I elmi konfrans keçirilib. Layihənin rəhbəri və təşkilatçısı Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, yazıçı-publisist Mətanət Ulu Şirvanlı idi.

Konfransda AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bu cür ədəbi elmi konfransların mütəmadi keçirilməsinin və digər bölgələrdən olan şairlərin də yaradıcılığına müraciət edilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, yaxın gələcəkdə bir sıra regionlarda da elmi konfranslar təşkil ediləcək.

Konfransda Seyid Əzim Şirvani, Xəqani Şirvani, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir poeziyalarına müraciət edilib.

Professorlar Alxan Bayramoğlu, İmamverdi Həmidov, filologiya elmləri doktorları Mətanət Vahidova, İslam Qəribli və filologiya üzrə fəlsəfə doktoru Xədicə İsgəndərlinin klassik şairlər haqqında məruzələri dinlənilib.

Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin rəhbəri Mehmet Nuru Parmaqsız, AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Elgün Əliyev elmi konfransın əhəmiyyətindən danışıblar.

Tədbir iştirakçıları klassik Şirvan şairlərinə aid təklif və fikirlərini səsləndiriblər.

Sonda layihənin rəhbəri Mətanət Ulu Şirvanlı Ədəbiyyat İnstitutunun rəhbərliyinə və iştirakçılara minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: