Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Hüseyn Cavidin Ev Muzeyində məktəblilərə açıq dərs keçirilib
04.05.2017 09:19
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyində məktəblilərə açıq dərs keçirilib

AMEA Hüseyn Cavidin Ev Muzeyində Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin 8-ci sinif şagirdlərinə növbəti açıq dərs keçirilib.

Açıq dərsdə şagirdlərə görkəmli dramaturq və romantik şair Hüseyn Cavidin həyatı, zəngin yaradıcılığı və Cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği istiqamətində xidmət göstərən muzeyin fəaliyyəti haqqında geniş məlumat verilib.

Sonra məktəblilərin ifasında Hüseyn Cavidin bir neçə şeiri səsləndirilib.

Sonda muzeyin ekspozisiyası ilə tanış olan şagirdləri maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: