Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fiziologiya İnstitutunun həmtəsisçisi olduğu beynəlxalq müsabiqədə azərbaycanlı şagird qalib gəlib
05.05.2017 16:15
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutunun həmtəsisçisi olduğu beynəlxalq müsabiqədə azərbaycanlı şagird qalib gəlib

Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Ufa şəhərində AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun həmtəsisçisi olduğu “Rostok” Elmi-tədqiqat işlərinin I Beynəlxalq Gənclər konfrans-müsabiqəsi keçirilib.

2017-ci ilin Rusiyada "Ekologiya və Təbiətin Xüsusi Qorunan Əraziləri İli" elan edilməsi ilə bağlı keçirilən müsabiqədə institutun himayəçilik etdiyi 132-134 saylı təhsil kompleksinin 10-cu sinif şagirdi Asif  Məmmədov iştirak edib.

Müsabiqənin yekun nəticələrinə əsasən o, I yerə layiq görülüb və sertifikatla təltif olunub.

Qeyd edək ki, A.Məmmədov 2 ay müddətində Fiziologiya İnstitutunun Ekotoksikologiya laboratoriyasında b.ü.f.d. Qriqori Palatnikovun rəhbərliyi altında hazırlıq keçib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: