Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.05.2017 09:10
  • A-
  • A
  • A+

Ölkəmizdə neft strategiyasının inkişafında ulu öndər Heydər Əliyevin mühüm xidmətləri olub

Ölkəmizdə neft strategiyasının inkişafında ulu öndər Heydər Əliyevin mühüm xidmətləri olub

Suraxanı rayonu Heydər Əliyev Mərkəzi, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ), Suraxanı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Heydər Əliyevin neft strategiyası” mövzusunda konfrans keçirilib.

Əvvəlcə konfrans iştirakçıları ulu öndərin rayon ərazisindəki Heydər Əliyev Parkında ucalan abidəsini ziyarət edib, Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olub, məktəblilərin rəsm əsərlərinə baxıblar.

Tədbiri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açaraq Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycanın öz milli sərvətinin sahibi olmasında, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasında, siyasi, iqtisadi və sosial inkişafında müstəsna rol oynadığını bildirib.

Sonra NKPİ-nin direktoru, akademik Vaqif Abbasov çıxış edərək ulu öndər Heydər Əliyevin dahiliyinin, müdrikliyinin elmi təhlilini verib, bütün dövrlərdə onun siyasətinin uğurlu olmasını dahi şəxsiyyətin liderlik zirvəsi ilə əsaslandırıb. Alim Azərbaycanın neft tarixindən, ölkəmizin taleyində neftin yeri və təsirindən, ulu öndərin neft sənayesinin inkişafında əvəzsiz rolundan danışıb. Bildirib ki, ümummilli liderin uğurlu neft strategiyası Azərbaycanın təhsil sisteminin və elminin inkişafında mühüm rol oynayıb.

Sonra məruzə ətrafında Yeni Azərbaycan Partiyası Suraxanı rayon Təşkilatının sədri Vüqar Seyidov, NKPİ-nin direktor müavini, texnika elmləri doktoru Təranə Məmmədova və digərləri çıxış ediblər.

Konfransda akademik Vaqif Abbasova Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin xatirə hədiyyəsi təqdim olunub.

Tədbirdə ulu öndərin xatirəsinə həsr edilən poçt markalarının təqdimatı keçirilib.

Sonda dahi şəxsiyyətin həyat və yaradıcılığına həsr olunan “Millət atası” filmi nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: