Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.02.2014 00:00
  • A-
  • A
  • A+

“Qoy bütün dünya bilsin ki, Xocalı faciəsi ermənilərin həyata keçirdiyi işğalçılıq və soyqırımı nəticəsində baş vermiş hadisədir!”

“Qoy bütün dünya bilsin ki, Xocalı faciəsi ermənilərin həyata keçirdiyi işğalçılıq və soyqırımı nəticəsində baş vermiş hadisədir!”

Bu gün AMEA Akademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutunda Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirildi.

Mərasimdə öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Giriş sözü ilə çıxış edən institutun HİK-nın sədri, kimya elmləri doktoru Arif Əfəndiyev Xocalı faciəsinin acı fəğanlarından danışdı. Bildirdi ki, ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının il dönümündə Azərbaycan xalqına müraciətində belə demişdir: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. A.Əfəndiyev Azərbaycan xalqının tarixi torpaqlarından qovulduğunu, qaçqına, məcburi köçkünə çevrildiyini və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunduğunu qeyd etdi: “Qoy bütün dünya bilsin ki, Xocalı faciəsi ermənilərin həyata keçirdiyi işğalçılıq və soyqırımı nəticəsində baş vermiş hadisədir!”.

Sonra AMEA-nın Kimya Problemləri İnstitutunun Gənc Alimlər Şurasının sədriFaiq Məmmədov öz çıxışında 1992-ci il 26 fevral tarixinin xatirəmizdə amansızcasına baş vermiş faciə olaraq həkk olduğunu bildirdi. Bu tarixdə Xocalı şəhərində genosid aktı həyata keçirildi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada üç minə yaxın insanın olduğunu qeyd edən F. Məmmədov, 4 aydan artıq mühasirədə qalan ərazinin blokadada olduğu səbəbindən əhalinin xeyli hissəsinin şəhərdən çıxmaq məcburiyyətində qaldığını diqqətə çatdırdı. O bildirdi ki, Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib.

“Azərbaycan xalqına qarşı törədilən cinayət cəzasız qalmamalıdır” şüarını səsləndirən F.Məmmədov beynəlxalq təşkilatların Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verilməsinin zəruriliyini bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.

  • Paylaş: