Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvan Muxtar Respublikasının endogen yataqlarının metasomatizmi və filizləşməsi” adlı monoqrafiya işıq üzü görüb
15.05.2017 10:35
  • A-
  • A
  • A+

“Naxçıvan Muxtar Respublikasının endogen yataqlarının metasomatizmi və filizləşməsi” adlı monoqrafiya işıq üzü görüb

AMEA Geologiya və Geofizika İnstitutunun (GGİ) metasomatizm və filizəmələgəlmə sektorunun rəhbəri və baş elmi işçisi, geologiya mineralogiya elmləri doktoru Cəbrayıl Azadəliyevin və mərhum Fuad Kərimovun “Naxçıvan Muxtar Respublikasının endogen yataqlarının metasomatizmi və filizləşməsi” monoqrafiyası çapdan çıxıb.

Rus dilində yazılmış  kitabda elmi cəhətdən böyük maraq daşıyan regional və kontakt-termal metamorfizm məsələləri uzun illər ərzində geniş tədqiq edilərək sistemləşdirilib. Həmçinin zəngin filizliliyə malik metasomatitlərin və endogen polimetal, mis-molibden porfir, qızıl, qızılsaxlayan çoxlu sayda yataqlar, mis-molibden-volfram-qalay və başqa filizləşmələrin xarakter xüsusiyyətlərini əks etdirən birinci dərəcəli məsələlər qabardılıb. Elm və istehsalat üçün qızıl, gümüş kimi nəcib metallara və digər qiymətli faydalı qazıntılara dair səmərəli təkliflər irəli sürülüb.

Monoqrafiya metasomatizm və filizəmələgəlmə, genetik mineralogiya, geokimya və endogen filiz yataqlarının genezisi sahəsində tədqiqat aparan alimlər və istehsalatda çalışan geoloqlar, magistrantlar, doktorontlar və dissertantlar üçün faydalı ədəbiyyat mənbəyidir.

“Elm” nəşriyyatında çapdan çıxmış monoqrafiyanın baş redaktoru akademik Vasif Babazadədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: