Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Akademik İsa Həbibbəyli. Biblioqrafiya – 2016” kitabı çapdan çıxıb
15.05.2017 12:26
  • A-
  • A
  • A+

“Akademik İsa Həbibbəyli. Biblioqrafiya – 2016” kitabı çapdan çıxıb

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin yalnız bir ildəki elmi fəaliyyətini əks etdirən “Akademik İsa Həbibbəyli. Biblioqrafiya – 2016” kitabı çapdan çıxıb.

Kitabda akademik İsa Həbibbəylinin 2016-cı ildəki çoxşaxəli elmi fəaliyyətinə işıq salınıb, alimin ötən ildə nəşr olunmuş elmi əsərlərinin biblioqrafiyası, elmi redaktorluq fəaliyyəti və ilin əsas tərcümeyi-hal hadisələri öz əksini tapıb.

Qeyd edək ki, biblioqrafiya nəşri tarixində ilk dəfədir ki, buraya alimin yalnız bir ildə çap etdirdiyi elmi əsərləri daxil edilib.

Biblioqrafiya “Kitablar”, “Məqalələr” (Azərbaycan və xarici dillərdə ayrı-ayrılıqda), “Elmi redaktorluq və müqəddiməçilik”, “Beynəlxalq konfranslarda”, “Elmi rəhbərlik”, “Fəxri doktorluq” və “İlin şəkilləri” bölmələrindən ibarətdir.

Kitabda akademik İsa Həbibbəylinin 2016-cı ildə çap edilmiş 3 kitabı, 93 elmi məqaləsi (onlardan 17-si xarici ölklərin nüfuzlu elmi nəşrlərində dərc olunub), müqəddimə və ön söz yazdığı, elmi redaktorluq etdiyi 37 kitab haqqında biblioqrafik məlumat, 18 beynəlxalq elmi konfranslarda iştiraka dair göstəricilər ardıcıllıqla oxuculara təqdim edilir. “İlin şəkilləri”ndə isə bir ildəki gərgin elmi, ictimai və siyasi fəaliyyətin yaddaqalan anları öz əksini tapıb.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş kitabşünaslıq tarixindəilk fərqli biblioqrafiyanın tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, redaktoru filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyevadır.

Biblioqrafiya ədəbiyyatşünaslar, elmi ictimaiyyət üçün dəyərli mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: