Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Ali riyaziyyat (məsələlər və misallar)” kitabı çapdan çıxıb
16.05.2017 10:33
  • A-
  • A
  • A+

“Ali riyaziyyat (məsələlər və misallar)” kitabı çapdan çıxıb

Rusiyanın paytaxtı Moskva şəhərində AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi–Texniki İnformasiya şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanovun, həmin institutun Qeyri-harmonik analiz şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Toğrul Muradovun, Aleksandr Nijnikov, Anna Muxanova və Sergey Muxanovun müəllifliyi ilə “Ali riyaziyyat (məsələlər və misallar)” kitabı çapdan çıxıb.

“Prondo” nəşriyyatında çap olunan kitabın rəyçiləri Rusiyanın Əməkdar elm xadimi, Təhsil üzrə Rusiya Prezidenti laureatı, professor A.G.Mordkoviç və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru M.V.Şamolindir.

Nəşrə xətti cəbr və analitik həndəsə, limit və törəmə, birdəyişənli funksiyanın inteqral hesabı və çoxdəyişənli funksiya bölmələri daxildir.

Dərs vəsaitindən pedaqogika, fizika, informatika və texnologiya üzrə təhsil alan ali məktəb tələbələri istifadə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: