Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvan teatr tarixinin müxtəlif dövrlərindən bəhs edən kitab işıq üzü görüb
16.05.2017 13:03
  • A-
  • A
  • A+

Naxçıvan teatr tarixinin müxtəlif dövrlərindən bəhs edən kitab işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun “Naxçıvan teatrına dair tədqiqlər” kitabı işıq üzü görüb.

Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, rəyçiləri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov və filologiya üzrə fəlsəfə doktoru Əli Həşimovdur.

Yeni nəşrdə qədim və zəngin tarixə malik Naxçıvan teatrının fəaliyyətinə dair müxtəlif başlıqlı məqalələr yer alıb. Məqalələrdə Naxçıvan teatrının keçdiyi inkişaf yolu bütöv və sistemli şəkildə araşdırılıb, teatr xadimlərinin həyatları ilə bağlı maraqlı faktlar öz əksini tapıb. Naxçıvan teatrında tamaşaya qoyulan əsərlərin səhnə taleyi dövrü mətbuata, çoxsaylı arxiv sənədlərinə əsaslanaraq araşdırılıb və əldə edilən elmi nəticələr işıqlandırılıb.

Kitabda Naxçıvan səhnəsindəki Azərbaycan dramaturgiyası ilə yanaşı, uğurla tamaşaya qoyulan dünya dramaturgiyasının dəyərli nümunələrindən də bəhs olunur.

Nəşr Naxçıvan teatrının tarixi ilə maraqlananlar, teatrsevərlər, müəllim və tələbələr üçün dəyərli vəsaitdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: