Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.05.2017 09:30
  • A-
  • A
  • A+

“Azərbaycanşünaslığın aktual problemləri: əsas istiqamətlər və perspektivlər” mövzusunda konfrans keçirilib

“Azərbaycanşünaslığın aktual problemləri: əsas istiqamətlər və perspektivlər” mövzusunda konfrans keçirilib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan “Azərbaycanşünaslığın aktual problemləri: əsas istiqamətlər və perspektivlər” mövzusunda respublika tələbə elmi-nəzəri konfransı keçirilib.

Tədbirdə ADMİU-nun rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Fərəh Əliyeva çıxış edərək rəhbərlik etdiyi qurumun təkcə sənətkarlıq yox, həm də nəzəri biliklər sahəsində ciddi elmi tədqiqatlar apardığını söyləyib. Ulu öndər Heydər Əliyevin gənclərin mənəvi tərbiyəsinə xüsusi önəm verdiyini xatırladan F.Əliyeva həmin siyasətin bu gün ölkə Prezidenti tərəfindən uğurla davam etdirildiyini bildirib.

Konfransda ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru M.Əlizadə, filologiya üzrə elmlər doktoru N.Şəmsizadə, filologiya üzrə fəlsəfə doktoru N.Həsənzadə, filologiya üzrə elmlər doktoru, professor B.Xəlilov çıxış edərək tədbirin əhəmiyyətinə toxunublar.

İclas öz işini “Azərbaycanşünaslığın fəlsəfi əsasları” və “Azərbaycan mədəniyyətinin müasir mərhələləri” adlı iki bölmə üzrə davam etdirib.

Konfransda 14 ali təhsil müəssisəsinin tələbə və magistrantları məruzələrlə çıxış ediblər.

Sonda gənc tədqiqatçılara diplom və sertifikatlar təqdim olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: