www.science.az
17.05.2017 14:06

Yaranı çapıq izi qoymadan sağaldan "yapışqan" hazırlanıb

Cənubi Koreyanın Pohanq Universitetinin bir qrup tədqiqatçısı yaranı çapıq izi qoymadan sağaldan yeni növ “yapışqan” hazırlayıb. 

true-news.info saytı xəbər verir ki, bu məqsədlə onlar tərkibində dekorin olan və dəridəki kollaqeni bərpa edən zülallardan istifadə ediblər. Dekorin orqanizmdə kollagen liflərini sabitləşdirən dermatan-sulfatla əlaqəlidir. Yeni hazırlanan tərkib dəridə kollagenə bənzər liflərdən ibarət strukturu bərpa edir və dərinin tez sağalmasına şərait yaradır.

Hazırda yapışqan heyvanlar üzərində sınaqdan keçirilir. Alimlər bu yapışqan sayəsində 28 gün ərzində siçovulların dərin yaralarının çapıqsız sağalmasına nail olublar.