www.science.az
19.05.2017 09:21

Hüseyn Cavidin Ev Muzeyində “Açıq qapı” günü keçirilib

AMEA Hüseyn Cavidin Ev Muzeyində 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Açıq qapı” günü keçirilib.

Gün ərzində muzeyi Bakı şəhəri və paytaxta yaxın rayonların orta məktəb şagirdləri, müxtəlif ali təhsil ocaqlarından olan müəllim və tələbə heyəti, həmçinin digər qonaqlar ziyarət edib.

Tamaşaçılara muzeyin bələdçiləri tərəfindən Hüseyn Cavidin həyat və yaradıcılığı, muzeyin ekspozisiyasında sərgilənən dəyərli eksponatlar haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, muzey gün ərzində 350-ə yaxın ziyarətçini qəbul edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.