Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

22.05.2017 10:37
  • A-
  • A
  • A+

Akademik Roald Saqdeyev Şamaxı Astrofizika Rəsədxanasının qonağı olub

Akademik Roald Saqdeyev Şamaxı Astrofizika Rəsədxanasının qonağı olub

ABŞ-ın Merilend Universitetinin professoru, kosmik tədqiqatlar sahəsində görkəmli alim, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) olub.

Əvvəlcə alimə son illərdə rəsədxanada görülən elmi işlər barədə məlumat verilib, əməkdaşlıq müzakirələri aparılıb.

Sonra görüş iştirakçıları üçün seminar təşkil edilib.

Seminarı ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq tədbirin əhəmiyyətindən danışıb.

İclasda akademik Roald Saqdeyev “Kainatda görünməyən maddələrin axtarış problemləri” adlı məruzə ilə çıxış edib. Dünya şöhrətli alim ABŞ-ın nüfuzlu universitetlərində aparılan elmi təcrübələrdən danışıb.

Sonra Lomonosov adına Moskva Dövlət Universitetinin nüvə fizikası üzrə baş elmi işçisi Yelena Popovanın “Qırmızı cırtdanlar-exoplanetlərin axtarışı”, ABŞ-ın Merilend Universitetinin professoru Dimitriy Usikovun “Kompüter texno­logiyalarının gələcək inkişaf perspektivləri” mövzusunda çıxışları dinlənilib.

 Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: