Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Neft və Qaz İnstitutu ilə Rusiya Dövlət Neft və Qaz İnstitutunun müştərək beynəlxalq laboratoriyası yaradılacaq
22.05.2017 21:23
  • A-
  • A
  • A+

AMEA-nın Neft və Qaz İnstitutu ilə Rusiya Dövlət Neft və Qaz İnstitutunun müştərək beynəlxalq laboratoriyası yaradılacaq

AMEA-nın Neft və Qaz İnstitutu ilə İ.Qubkin adına Rusiya Dövlət Neft və Qaz İnstitutu arasında Karbohidrogen sistemlərinin modelləşdirilməsi beynəlxalq Azərbaycan-Rusiya elmi-tədqiqat laboratoriyasının yaradılması haqqında memorandum imzalanıb.

Beynəlxalq laboratoriyanın yaradılmasının məqsədi intellektual resursların birləşdirilməsi üçün elmi tədqiqat məsələlərinin həlli və fəaliyyət istiqamətlərinin reallaşdırılmasıdır.

Memorandum mayın 22-də AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyevin 70 illik yubileyinə həsr olunan elmi sessiya çərçivəsində imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: