Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

23.05.2017 09:47
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan tarixində almanlar” adlı fotosərgi açılıb

Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan tarixində almanlar” adlı fotosərgi açılıb

Mayın 22-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş “Azərbaycan tarixində almanlar” adlı fotosərgi açılıb.

Fotosərgi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncamına və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin müvafiq qərarına əsasən təşkil olunub.

Sərgidə orta əsrlər dövründə Azərbaycanda olmuş alman səyyahları, XIX əsrdə almanların Azərbaycana köçürülməsi, XIX – XX əsrin əvvəllərində Azərbaycanda alman koloniyalarının həyatını əks etdirən materiallar nümayiş olunur. Fotomateriallar onları izah edən müvafiq elmi məlumatla zənginləşdirilib. Burada 140-a yaxın fotoşəkil, müxtəlif illərdə alman təşkilatlarının muzeyə hədiyyələri yer alıb.

Fotosərginin açılışında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov çıxış edərək Azərbaycan–Almaniya əlaqələrinin əhəmiyyətindən söz açıblar, fotosərgi barədə fikirlərini bildiriblər.

Sərgi 22 iyun 2017-ci il tarixinədək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: