ABŞ-ın Merilend Universitetinin professoru, Şərq-Qərb Elmi Araşdırmalar Mərkəzinin rəhbəri və Nüvə fəlakətinin qarşısının alınması üzrə Beynəlxalq Lüksemburq Forumunun Müşahidə Şurasının üzvü, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında olub. Səfər çərçivəsində R.Saqdeyev Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinə müsahibə verib.