Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycan Xalq Cümhuriyyəti üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib
25.05.2017 15:35
  • A-
  • A
  • A+

Azərbaycan Xalq Cümhuriyyəti üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib

AMEA-nın Qafqazşünaslıq İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümünə həsr olunan dəyirmi masa keçirilib.

Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışıb. Bildirib ki, 2018-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Alim "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixli Sərəncamın önəmini qeyd edib.

M.Qasımlı Azərbaycan Xalq Cümhuriyyətinin öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdiyini bildirib.

Dəyirmi masada institutun Şimali Qafqaz şöbəsinin müdiri, t.ü.f.d., dosent Vasif Qafarov, Qafqaz siyasəti şöbəsinin müdiri, t.ü.f.d., dosent Ramilə Dadaşova, Ermənişünaslıq şöbəsinin müdiri, t.ü.f.d. Ziyad Əmrahov və digərləri çıxış edərək Cümhuriyyət tarixinin müxtəlif səhifələrindən söz açıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: