Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
26.05.2017 10:00
  • A-
  • A
  • A+

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 338-VQD nömrəli Qanununun tətbiqi məqsədi ilə qərara alıram:

“Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 988; 2015, № 11, maddə 1339; 2016, № 1, maddə 134) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında “artırılması” sözündən sonra “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi” sözləri əlavə edilsin.

2. 1-ci hissədə “artırılaraq” sözündən sonra “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlər” sözləri əlavə edilsin.

3. 1.2-ci bənddə “müəssisələrində” sözündən sonra“ və Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri əlavə edilsin.

4. 1-1-ci və 2-ci hissələrdə “müəssisələrində” sözündən sonra “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 may 2017-ci il.

  • Paylaş: