Mayın 30-da saat 11:00-da AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında “Telekanalların dil mənzərəsi” mövzusunda mətbuat konfransı keçiriləcək.
Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə gerçəkləşəcək tədbirdə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı həyata keçirilən tədbirlər, milli telekanalların dili ilə bağlı aparılmış monitorinqlərin nəticələri müzakirə olunacaq, rəy və təkliflər səsləndiriləcək.
Ünvan: Bakı şəh., H.Cavid prospekti 115, IV mərtəbə.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.