Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Akademik İsa Həbibbəyli Budapeşt Maşın ustaları peşə liseyinin işi ilə tanış olub
30.05.2017 15:29
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli Budapeşt Maşın ustaları peşə liseyinin işi ilə tanış olub

AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli Macarıstan Elmlər Akademiyasının dəvəti ilə bu ölkədə səfərdə olaraq bir sıra görüşlər keçirib.

Budapeşt Maşın ustaları peşə liseyində keçirilən görüşdə Macarıstan Respublikası Təhsil nazirinin müavini Polskşi Qaborke ölkədə peşə təhsilinin strukturu və şəbəkəsi, iş qaydaları barədə AMEA-nın vitse-prezidentinə məlumat verib. Budapeşt Peşə Məktəbləri Mərkəzinin direktoru Ksereksnyes Piter Macarıstanda peşə təhsilinin təşkilində mərkəzlərin fəaliyyətindən danışıb, Təhsil Nazirliyinin peşə təhsili üzrə inspektoru Horvat Bela isə peşə məktəblərinə qəbul qaydalarına aydınlıq gətirib.

Daha sonra akademik İ.Həbibbəyli Budapeşt Maşın ustaları peşə liseyinin işi ilə yaxından tanış olub, Macarıstanda peşə təhsili üzrə qanunvericilik sənədləri ilə maraqlanıb, peşə məktəbləri üzrə onu maraqlandıran məsələlər ətrafında diskussiyada iştirak edib.

Görüşdə Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev də iştirak edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: