Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Milli Azərbaycan Tarixi Muzeyində “Hərb tariximizi öyrənək!” adlı sərgi təşkil olunacaq
30.05.2017 16:52
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində “Hərb tariximizi öyrənək!” adlı sərgi təşkil olunacaq

21-23 iyun 2017-ci il tarixlərində AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Hərb tariximizi öyrənək!” adlı sərgi təşkil olunacaq.

Məqsəd Azərbaycanın hərb tarixi sahəsində araşdırmalar aparan alim və mütəxəssislər, bu istiqamətdə nəşr olunan kitablar barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Sərgidə təşkilatlar, nəşriyyatlar, kitab mağazaları, elmi qurumlar, təhsil ocaqları, həmçinin hərb tarixi ilə bağlı kitabların müəllifləri iştirak edə bilərlər.

Ünvan: Bakı ş., Hacı Zeynalabdin Tağıyev küç., 4.

Tel.: (+994 12) 493 17 88.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: