Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanın bir neçə rayonunda müvəqqəti seysmik stansiyalar quraşdırılıb
31.05.2017 11:37
  • A-
  • A
  • A+

Azərbaycanın bir neçə rayonunda müvəqqəti seysmik stansiyalar quraşdırılıb

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları və amerikalı seysmoloqların iştirakı ilə "Böyük və Kiçik Qafqazın strukturu və üstəgəlməsi proqramı" çərçivəsində seysmotomoqrafiya işlərinin aparılmasına başlanılıb.

Proqram çərçivəsində Neftçala, Hacıqabul, Qusar və Göyçay rayonlarında müvəqqəti seysmik stansiyalar quraşdırılıb.

Stansiyaların quraşdırılması işlərində RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və mərkəzin əməkdaşları ilə yanaşı, amerikalı mütəxəssislər - ABŞ-ın Missuri Universitetinin professoru Sandvol Eric Alan və həmin müəssisənin əməkdaşı Gunnels Maykl James də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: