Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İqtisadiyyat İnstitutu Yaxın Doğu Universiteti ilə birgə magistr və fəlsəfə doktoru hazırlayacaq
01.06.2017 15:03
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutu Yaxın Doğu Universiteti ilə birgə magistr və fəlsəfə doktoru hazırlayacaq

İqtisadiyyat İnstitutunun İqtisadi tədqiqatların riyazi təminatı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Akif Musayev 23-28 may tarixlərində Şimali Kiprin Yaxın Doğu Universitetində ezamiyyətdə olub.

Alim universitetdə “Vergi sahəsində aparılan islahatların vergi daxilolmalarına təsirinin qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Bundan əlavə, Yaxın Doğu Universitetinin rəhbərliyi ilə keçirilən görüşdə iki qurum arasında birgə magistr və fəlsəfə doktoru hazırlığının təşkili üzrə ilkin razılıq əldə olunub.

A.Musayev, həmçinin universitetin iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsi üzrə təşkil olunmuş Müdafiə Şurasına xarici ekspert kimi daxil edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: