Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsi aparılıb
05.06.2017 09:32
  • A-
  • A
  • A+

Magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsi aparılıb

İyunun 4-də Dövlət İmtahan Mərkəzi 2017/2018-ci tədris ili üçün ölkəmizin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib.

Bakı, Naxçıvan və Gəncə şəhərlərində aparılan imtahana nəzarətçi-müəllimlər nəzarət ediblər.

İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunub (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan verirlər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi bu il mayın 4-dən 22-dək aparılıb və 9 min 522 nəfər qəbul proqramını seçərək təsdiqləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: