Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.06.2017 10:43
  • A-
  • A
  • A+

Alimlər Evinin direktoru Ümumdünya Elm Festivalının açılış mərasimində iştirak edib

Alimlər Evinin direktoru Ümumdünya Elm Festivalının açılış mərasimində iştirak edib

AMEA-nın Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva Ümumdünya Elm Festivalının açılış mərasimində iştirak edib. Tədbir dünya üzrə elmi innovasiyaların ən böyük mərkəzlərindən olan ABŞ-ın Nyu-York şəhərində keçirilib. Elm Festivalında ən son elmi innovasiyalar, yeni ixtiralar, yüksək texnologiyalar, elmi və bədii təqdimatlar yer alıb.

Tədbir çərçivəsində Nyu-Yorkun Time Square, Brooklin Bridge Park, NYU Kimmel Center, NYU Global center, Gerald W Lynch Theater, American Museum of Natural History, Columbia University kimi məkanlarında elmi-innovativ mövzularda tədbirlər keçirilib.

Ümumdünya Elm Festivalının direktoru Yudit Koks və baş meneceri Debra Nirin iştirakı ilə təşkil olunmuş görüşdə gələcəyə dair proqnozlar, həyata keçirilməsi nəzərdə tutulan layihələr və innovativ həllərə dair geniş fikir mübadiləsi aparılıb.

Y.Koks Elm Festivalının 2018-ci ildə Bakıda keçirilməsinin nəzərdə tutulduğunu qeyd edərək, tədbirdə maraqlı müzakirələrin aparılacağına və mühüm nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: