Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyasının hazırlanması üzrə işçi qrupu yaradılıb
28.02.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyasının hazırlanması üzrə işçi qrupu yaradılıb

“Dünyanın inkişaf etmiş ölkələr sırasına daxil olmasını qarşısına başlıca hədəf kimi qoymuş ölkəmizdə islahatların uğurla aparılması, irimiqyaslı quruculuq işlərinin həyata keçirilməsi, iqtisadi sahədə müşahidə olunan dinamik irəliləyişlər Azərbaycanın bölgənin elm mərkəzinə çevrilməsi üçün də əlverişli zəmin yaratmışdır. Azərbaycan üçün olduqca strateji olan bu məsələ ölkədə mükəmməl elmi-təşkilati strukturun formalaşdırılmasını tələb edir və bu işdə dövlətin ali elmi təşkilatı olaraq Azərbaycan Milli Elmlər Akademiyasının üzərinə yeni və mühüm vəzifələr düşür”.

Bu fikirləri AMEA Rəyasət Heyətinin iclasında AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev səsləndirib. İ.Quliyev bildirib ki, bu vəzifələrin öhdəsindən gəlmək, habelə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrasını təmin etmək məqsədilə AMEA-da elmin təşkili və idarə edilməsi, elmi fəaliyyətin strukturu və tərkibi ölkənin inkişaf strategiyasına uyğun qurulmalı, eyni zamanda növbəti illər üçün AMEA-nın perspektiv inkişaf istiqamətləri dəqiq müəyyənləşdirilməlidir.

AMEA Rəyasət Heyəti bu məqsədlərin reallaşmasına xidmət edən qərar qəbul edib. Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyasının hazırlanmasına dair işçi qrupu yaradılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: