Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Əlyazma abidələrinin tədqiqinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
07.06.2017 10:44
  • A-
  • A
  • A+

Əlyazma abidələrinin tədqiqinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Cari ilin noyabr ayında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda İslam ölkələrinin mədəniyyəti, ədəbiyyatı və tarixinə dair əlyazma abidələrinin tədqiqinə həsr olunan “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda II  beynəlxalq elmi konfrans keçiriləcək.

Tədbir Prezident İlham Əliyevin “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında” 10 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən gerçəkləşəcək.

Konfransda iştirak etmək istəyənlər məruzələrinin mətnlərini 1 sentyabr 2017-ci il tarixinədək elyazma.kitabxana@gmail.com elektron ünvanına göndərə bilərlər.

Ünvan: Bakı ş., İstiqalaliyyət küçəsi, 8.

Əlaqə nömrəsi: (+994 12) 4372152

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: