Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Professor Tərbiz Əliyevin anadan olmasının 70 illiyinə həsr olunan elmi sessiya keçiriləcək
07.06.2017 16:22
  • A-
  • A
  • A+

Professor Tərbiz Əliyevin anadan olmasının 70 illiyinə həsr olunan elmi sessiya keçiriləcək

İyun ayının 9-da saat 11:00-da AMEA-nın Əsas binasında tanınmış iqtisadçı alim, İqtisadiyyat İnstitutunun baş elmi işçisi, professor Tərbiz Əliyevin anadan olmasının 70, elmi-pedoqoji fəaliyyətinin 45 illiyinə həsr olunan elmi sessiya keçiriləcək.

Qeyd edək ki, T.Əliyev Beynəlxalq İnformatizasiya, Eko-Energetika, Rusiya Təbiət Elmləri və Ukrayna Texnologiya Akademiyalarının həqiqi üzvüdür. O, Avropa Elmi-Sənaye Konsorsiumu tərəfindən “Adam Smit” qızıl medalı alan ilk Azərbaycan alimidir.  

Ünvan: Bakı şəh., H.Cavid pr. 115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: