Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin “Nizami və Şekspir...” məqaləsi Hollandiyanın “Elsevier” Korporasiyasının Beynəlxalq Elmi Qiymətləndirmə Şurası üzvlərinin yekun rəyinə əsasən SCOPUS elmi indeksləşdirmə sisteminin daimi bazasına daxil edilib.
Çinin Nankai Universitetinin elektron kitabxanasından istifadə etməklə “View record in Scoups” linkinə keçib məqalə ilə tanış olmaq mümkündür. Bununla da, SCOPUS bazasının abunəçiləri olan nüfuzlu elm və təhsil müəssisələrinin kitabxanalarında (təxminən 6000 iri kitabxana) məqalə ilə tanış olmaq imkanı yaradılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.