Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

“Vizions of Azerbaijan” jurnalının redaktoru Əlyazmalar İnstitutunda olub
09.06.2017 15:31
  • A-
  • A
  • A+

“Vizions of Azerbaijan” jurnalının redaktoru Əlyazmalar İnstitutunda olub

Azərbaycan-Avropa İttifaqı və İngilis-Azərbaycan Gənclər Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Vizions of Azerbaijan” jurnalının redaktoru Tom Marsden AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimli ilə görüşdə qonağa bu elm müəssisənin yaranma tarixi, keçdiyi inkişaf yolu və əldə etdiyi nailiyyətlər, burada mühafizə olunan əlyazma və qədim nəşrlər barədə məlumat verilib.

Sonra Tom Marsden institutun Elektron resurslar şöbəsində, Əlyazmaların bərpası və gigiyenası laboratoriyasında, sərgi və oxu zallarında olub, əlyazmaların elektronlaşdırılması istiqamətində aparılan tədqiqat işləri ilə maraqlanıb.

T.Marsden səfər çərçivəsində akademik Teymur Kərimlidən geniş müsahibə alıb. Müsahibə “Vizions  of Azerbaijan” jurnalının üçüncü sayında dərc olunacaq. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: