Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan ərazisində seysmotomoqrafiya işləri ilə bağlı müzakirələr aparılıb
12.06.2017 14:02
  • A-
  • A
  • A+

Azərbaycan ərazisində seysmotomoqrafiya işləri ilə bağlı müzakirələr aparılıb

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən başlayan Azərbaycan ərazisində seysmotomoqrafiya işləri ilə bağlı amerikalı seysmoloqlar - ABŞ-ın E.Lourens adına Livermor Milli Laboratoriyasının əməkdaşları- professorlar Rengin Gök və Andrea Çiang, eləcə də Kanadanın Geologiya Xidmətinin professoru Tuna Onur ölkəmizə səfər ediblər.

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşən qonaqlar Azərbaycan ərazisində seysmotomoqrafiya işlərinin aparılmasına dair müzakirələr aparıblar.

Səfər çərçivəsində amerikalı seysmoloqlar yerli mütəxəssislərə Azərbaycan ərazisinin seysmik küy tomoqrafiyasının öyrənilməsi metodları və Mw maqnitudasının hesablanmasının yeni üsullarına dair təlim keçəcəklər.

Kanadanın Geologiya Xidmətinin professoru T.Onur  isə seysmik riskin öyrənilməsi ilə bağlı proqramları və onun iş prinspini təqdim edəcək. Həmçinin bu sahədə  yeni yanaşma metodu müzakirə olunacaq. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: