Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.06.2017 16:49
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunun ilk magistri dissertasiya işini müdafiə edib

Geologiya və Geofizika İnstitutunun ilk magistri dissertasiya işini müdafiə edib

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) ilk magistri dissertasiya işini müdafiə edib.

2015-2016-cı tədris ilində institutun magistraturasına qəbul olunmuş Səfiyə Əliyeva “Dəniz və okean dibinin geologiyası” ixtisası üzrə “Cənubi Xəzərin sualtı palçıq vulkanlarının qaz-hidratları” mövzusunda aparmış olduğu tədqiqatlarının yekunlarını İxtisaslaşdırılmış Magistr Dissertasiya Müdafiə Şurasının iclasında açıq müdafiəyə təqdim edib. İclas İxtisaslaşmış Şuranın sədr müavini, GGİ-nin Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin müdiri, akademik Əkpər Feyzullayevin sədrliyi ilə baş tutub.

Tədbirdə şuranın elmi katibi, geologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Lətifova, üzvləri - akademiklər Fəxrəddin QədirovArif İsmayılzadə, AMEA-nın müxbir üzvü Tələt Kəngərli, Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin (ETİ) rəisi, AMEA-nın müxbir üzvü Əminağa SadıqovMagistratura şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov iştirak ediblər.

S.Əliyeva AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin elmi rəhbəri olduğu magistrlik dissertasiyasını müvəfəqiyyətlə müdafiə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: