Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

XII-XIX əsrlərdə Naxçıvanda sənətkarlıq sahələrindən bəhs edən yeni nəşr
13.06.2017 10:08
  • A-
  • A
  • A+

XII-XIX əsrlərdə Naxçıvanda sənətkarlıq sahələrindən bəhs edən yeni nəşr

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyevanın “Naxçıvanda sənətkarlıq” adlı monoqrafiyası çapdan çıxıb.

Tədqiqat əsərində ilk dəfə olaraq orta əsrlər dövründə Naxçıvan ərazisində fəaliyyət göstərən sənətkarlıq sahələri araşdırılıb və təhlil edilib.

“Sənətkarlıq mərkəzlərinin təşkili və inkişafı”, “Sənətkarlıq sahələri”, “Sənətkarlıq məhsulları”, “İqtisadiyyatın inkişafında və ticarət əlaqələrinin genişlənməsində sənətkarlığın rolu” bölmələrdən ibarət olan monoqrafiyada Naxçıvan ərazisində orta əsrlər zamanı yaradılan və zəmanəmizədək gəlib çıxan sənətkarlıq məsulları, bədii daşyonma, toxuculuq, xalçaçılıq, dəmirçilik, misgərlik, zərgərlik, bədii tikmə, boyaqçılıq, minatür və digər nümunələr barəsində məlumatlar yer alıb.

Yeni nəşrdə Azərbaycan tədqiqatçıları ilə yanaşı, türk və rus alimlərinin tədqiqatları, müxtəlif dövrlərdə bölgəyə səfər edən əcnəbi səyyah, coğrafiyaşünas və tarixçilərin yol qeydləri və əsərləri də öz əksini tapıb. Həmçinin iqtisadiyyatın inkişafında və ticarət əlaqələrinin genişlənməsində sənətkarlığın rolu araşdırılıb. Aparılan araşdırmalarda Naxçıvanda sənətkarlıq məhsullarının artmasının bölgənin iqtisadi həyatının yüksəlişinə səbəb olması ilə yanaşı, daxili və xarici ticarət əlaqələrinin inkişafına da təkan verdiyi qeyd olunub.

XII-XIX əsrlərdə Naxçıvanda sənətkarlıq sahələrini öyrənən və elmi məlumatlarla zəngin olan bu nəşr tarixçilər, sənətşünaslar, həmçinin geniş oxucu kütləsi üçün  nəzərdə tutulub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: