Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Cənub zonasında radon qazının təhlükə yaratdığı rayonlar öyrənilir
13.06.2017 14:38
  • A-
  • A
  • A+

Cənub zonasında radon qazının təhlükə yaratdığı rayonlar öyrənilir

AMEA Geologiya və Geofizika İnstitutu (GGİ) ölkənin cənub zonasında radon riskli zonaları müəyyənləşdirmək məqsədilə tədqiqat aparır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı” çərçivəsində aparılan tədqiqat işləri Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarının ərazisində həyata keçirilir. Tədbirlər Proqramının həyata keçirilməsində Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi iştirak edir.

Araşdırmalar GGİ-nin Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin rəhbəri, akademik Əkpər Feyzullayev, Geoloji mühitin radiometriyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Çingiz Əliyev, elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov və Geotermiya şöbəsinin böyük elmi işçisi Rauf Bağırlı iştirak edir.

Tədqiqatlar zamanı radon riskli zonalar aşkar edilib, qazın təbiəti öyrənilib, qapalı məkanlarda radonun həcmi aktivliyi təyin olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: