Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Azərbaycan-Çin elmi əlaqələri genişləndirilir
16.06.2017 14:41
  • A-
  • A
  • A+

Azərbaycan-Çin elmi əlaqələri genişləndirilir

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Çin İctimai Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, professor Pei Changhonqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan akademik İsa Həbibbəyli Çin Xalq Respublikası ilə mövcud əlaqələrin, müxtəlif istiqamətlərdə qurulan münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Çin İctimai Elmlər Akademiyasında çıxış etdiyini söyləyən alim iki ölkə arasındakı əlaqələrin təməlinin həmin vaxt qoyulduğunu qeyd edib.

"Ulu öndər Heydər Əliyevin Çin İctimai Elmlər Akademiyasında çıxışı bizim elmi əlaqələrin strategiyasını müəyyənləşdirdi" - deyən AMEA-nın vitse-prezidenti ümummilli liderin təşəbbüsü ilə ilk dəfə təşkil olunan "Tarixi İpək yolu"nun bərpasına dair beynəlxalq konfransı xatırladıb. Alim AMEA-nın hazırkı əlaqələrini İpək yolu üzərindəki ölkələrlə olan əməkdaşılığın bir hissəsi kimi qiymətləndirib.

Akademiyada olmasından məmnunluğunu ifadə edən çinli professor Pei Changhonq bu görüş vasitəsilə iqtisadiyyat elmi üzərindən əlaqələrimizin prioritet istiqamətlərinin müəyyənləşdiriləcəyini, müxtəlif elmi istiqamətlərdə mövcud problemlərin araşdırılacağını bildirib.

Ölkəsinin iqtisadi vəziyyətindən danışan P.Changhonq Çin iqtisadiyyatının müasir inkişafından, həyata keçirilən iqtisadi layihələrdən danışıb. Çinin təkcə qonşu ölkələrlə deyil, eləcə də Azərbaycanla iqtisadi əlaqələrini inkişaf etdirməyə, hər iki ölkənin iqtisadçı alimlərinin əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu dilə gətirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: