Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.06.2017 09:28
  • A-
  • A
  • A+

Humanitar Elmlər Bölməsinin iclasında "AMEA-nın professoru" elmi adına seçkilər keçirilib

Humanitar Elmlər Bölməsinin iclasında "AMEA-nın professoru" elmi adına seçkilər keçirilib

İyunun 16-da AMEA Humanitar Elmlər Bölməsinin ümumi yığıncağı keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, bölmənin büro üzvləri, elmi müəssisələrin rəhbərləri iştirak ediblər.

Rəyasət Heyətində təşkil olunan yığıncağı giriş sözü ilə açan akademik İsa Həbibbəyli iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Akademik bildirib ki, yığıncağın gündəliyinə bir məsələ - "AMEA-nın professoru" adına seçkinin keçirilməsi salınıb.

Akademik İsa Həbibbəyli "AMEA-nın professoru" adı haqqında Əsasnamənin Rəyasət Heyətinin 22 fevral 2017-ci il tarixli qərarı ilə təsdiq edildiyini, müsabiqənin isə 19 aprel 2017-ci il tarixli qərarla elan olunduğunu diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti Ekspert komissiyasının humanitar elmlər üzrə iki alimin namizədliyini təsdiq etdiyini vurğulayıb. Qeyd edib ki, bunlardan bir nəfər Dilçilik İnstitutunun, digəri isə Azərbaycan Dillər Universitetinin əməkdaşıdır.

Sonra gizli səsvermə yolu ilə keçirilən seçkinin nəticəsinə görə, hər iki namizədin adı AMEA Rəyasət Heyətinə təqdim ediləcək siyahıya daxil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: