Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Diplomatiya tarixindən. Naxçıvanlı diplomatlar” kitabı Almaniyada nəşr olunub
19.06.2017 14:31
  • A-
  • A
  • A+

“Diplomatiya tarixindən. Naxçıvanlı diplomatlar” kitabı Almaniyada nəşr olunub

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin “Diplomatiya tarixindən. Naxçıvanlı diplomatlar” adlı əsəri Almaniyanın “Lambert Academic Publishing” nəşriyyatı tərəfindən rus dilində nəşr edilib. Kitabın rəyçiləri AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli və tarix üzrə fəlsəfə doktoru Elbrus İsayevdir.

Əsərin giriş hissəsində Azərbaycanın XX əsr tarixində görkəmli naxçıvanlı diplomatlardan bəhs edən müəlliflər məhz bu şəxsiyyətlərin fəaliyyəti nəticəsində Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanıldığını qeyd ediblər. Nəşrdə Məhəmməd ağa Şahtaxtlı, Məhəmməd xan Təkinski, Bəhram xan Naxçıvanski, Əli Səbri Qasımov, Behbud Şahtaxtinski, İbrahim Əbilov, Ziya Yusif Talıbzadə, Qasım bəy Camalbəyov, İsmayıl bəy Camalbəyov, Balabəy Əlibəyov, Rza Təhmasib və Əziz Şərif kimi şəxsiyyətlərin diplomatik fəaliyyətindən bəhs olunur.

Kitabda, həmçinin Abbasqulu ağa Bakıxanovun diplomatik fəaliyyətində və yaradıcılığında Naxçıvan məsələsi ilə əlaqədar məlumatlar da diqqəti cəlb edir. Kitabın son bölmələrindən biri isə Azərbaycan-Polşa əlaqələrində Naxçıvanın yeri məsələsinə həsr olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: