Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim “Fulbrayt” Elmi-Tədqiqat Proqramının qalibi olub
19.06.2017 17:08
  • A-
  • A
  • A+

Azərbaycanlı alim “Fulbrayt” Elmi-Tədqiqat Proqramının qalibi olub

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Səidə Şərifova ABŞ-ın Azərbaycandakı Səfirliyinin 2017-2018-ci il üçün elan etdiyi “Fulbrayt” Elmi-Tədqiqat Proqramının qalibi olub.

S.Şərifova sözügedən proqram çərçivəsində 4 ay müddətində ABŞ-ın Kaliforniya Universitetində “Solanum chilense növündə transkriptomun RNT-nin sekvenslənməsi ilə tədqiqi” mövzusunda araşdırma aparacaq.

Qeyd edək ki, tədqiqat işinin əsas məqsədi bitkilərdə normal və stress şəraitində fərqli ekspressiya olunan genlərin müəyyənləşdirilməsi və stress zamanı alternativ splaysinqin rolunun araşdırılmasıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: