Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Bitki ekologiyası" adlı kitab çapdan çıxıb
21.06.2017 16:27
  • A-
  • A
  • A+

"Bitki ekologiyası" adlı kitab çapdan çıxıb

AMEA-nın Mərkəzi Nəbatat Bağının Ağac və kol bitkiləri laboratoriyasının müdiri, b.ü.e.d. Elman İsgəndərin “Bitki ekologiyası” adlı kitabı çap olunub.

Kitabda bitkilərin müxtəlif şəraitlərdə bioekoloji xüsusiyyətləri və fərqli ekoloji amillərə qarşı büruzə verdikləri əlamətlər öz əksini tapıb. Bundan əlavə, nəşrdə ekoloji anlayışlar, biotik və abiotik amillərin bitkilərin morfologiyasına və fizioloji prosseslərinə təsiri, ətraf mühitlə bitkilər arasında qarşılıqlı əlaqə, bitkilərdə ekoloji həyat tsikli, kosmik tədqiqatların ekoloji problemlərin həllində rolu kimi önəmli məsələlər yer alıb.

Kitab bitki ekologiyası ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: