Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Əzizə Cəfərzadənin yaradıcılığında tarixi povest janrı” monoqrafiya işıq üzü görüb
23.06.2017 09:16
  • A-
  • A
  • A+

“Əzizə Cəfərzadənin yaradıcılığında tarixi povest janrı” monoqrafiya işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimovun “Əzizə Cəfərzadənin yaradıcılığında tarixi povest janrı” monoqrafiyası işıq üzü görüb.

Monoqrafiyada Əzizə Cəfərzadənin həyat yoluna nəzər salınıb, onun yaradıcılığının fərdi, özünəməxsus cəhətləri vurğulanıb. Əzizə Cəfərzadənin “Cəlaliyyə”, “Bəla”, “Hun dağı”, “Xoş gördük səyyah”, “Xəzərin göz yaşları” povestləri tarixilik və müasirlik kontekstində araşdırılıb.

Tədqiqat əsəri mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.AC

  • Paylaş: